Neftçalada dənizdə boğulanların kimliyi məlum olub.

2021-07-05 Baxış: 747
img

Neftçala rayonunda dənizdə batan hər üç şəxsin kimliyi məlum olub.

MAYAKİNFO xəbər verir ki, bu gün axşam saat 18:15 radələrində Neftçala rayonunun Şirvanlı kəndi ərazisində dənizdə boğulan şəxslərin Neftçala şəhər sakinləri 1977-ci il təvəllüdlü Mənəfov Şükür Vaqif oğlu , 1977-ci il təvəllüdlü Bədəlov Məmməd Ələsgər oğlu və onun oğlu 2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğlu olduğu müəyyən edilmişdir. Məmməd Bədəlovun 2010-cu il təvəllüdlü digər oğlu xilas edilmişdir. Hazırda FHN-nin xilasediciləri tərəfindən Şükür Mənəfovun axtarışları davam etdirilir.

*************************

Neftçala rayonunda 3 nəfər dənizdə çimərkən batıb .

MAYAKİNFO xəbər verir ki, hadisə Neftçala rayonunun Şirvanlı kəndi ərazisində baş verib. Hadisə şahidlərinin məlumatına görə, dənizdə batan 3 nəfərdən ikisinin nəşi sudan çıxarılıb. Digər bir nəfərin axtarışları üçün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hazırda boğulanların şəxsiyyətləri dəqiqləşdirilir.