Neftçalada qətl hadisəsi baş verib.

2021-07-22 Baxış: 1334
img

Neftçala rayonunun Bankə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, Bankə qəsəbə sakini, 1982-ci il təvəllüdlü Baloğlanov Famil Ağabala oğlu qısqanclıq zəminində eyni qəsəbədən olan 1989-cu il təvəllüdlü Musayev Mirağa Mirkərim oğlunu səhər saat 06:00 radələrində qəsdən bıçaqlayaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.