Neftçalada yol-nəqliyyat hadisəsi baş verib. Video

2021-08-14 Baxış: 1240
img

Bu gün saat 13:00 radələrində Neftçala şəhərində 2 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

MAYAKİNFO xəbər verir ki, hadisə şəhərin Samid İmanov küçəsində baş verib. Belə ki 10 LZ 164 dövlət qeydiyyat nişanlı Mersedes markalı avtomobil hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən 99 CB 416 dövlət qeydiyyat nişanlı Niva markalı avtomaşını qəfil dönmə əməliyyatı etməsi nəticəsində onunla toqquşmuşdur. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəymiş, sürücülər isə yüngül bədən xəsarətləri almışdılar. 

Faktla bağlı araşdırma aparılır.