Neftçalada çətənə kolları zərərsizləşdirilib

2021-08-14 Baxış: 778
img

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

MAYAKİNFO xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiya ilə məşğul olan Aşağı Qaramanlı kənd sakini Ərziman Fərəcov saxlanılıb. Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 48 ədəd çətənə kolu aşkar edilib.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.