Neftçala sakinindən sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb

2021-09-03 Baxış: 733
img

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Q.Quliyevdən müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-54” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, faktla bağlı rayon polis şöbəsində təhqiqat davam etdirilir.