Neftçalada Beynəlxalq Müəllimlər Günü qeyd edilib

2021-10-07 Baxış: 833
img

Neftçala rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub.

MAYAKİNFO xəbər verir ki, əvvəlcə Neftçala şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Vüqar Dadaşov, Vətən müharibəsi iştirakçısı müəllim Vüqar Qələşov, şəhid Natiq Məmmədovun bacısı Sevil Məmmədova təhsildə qazanılan uğurlardan, 44 günlük Vətən müharibəsində müəllimlərin ordu sıralarında döyüşmələrindən və Qələbəmizdən danışıblar.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılmasından, onların maddi-texniki bazasının zənginləşdirilməsindən söz açıb. Ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu qeyd edilib.

Tədbirdə müəllimlərin bir qrupu Vətən müharibəsində göstərdikləri xidmətlərə görə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən fəxri fərmanla təltif olunub. Həmçinin rayonun ictimai-siyasi həyatında və təhsilin inkişafında səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisi də fəxri fərmanla təltif edilib.