Neftçalada baş verən qəzada 5 avtomobil toqquşub. Video

2021-10-21 Baxış: 1052
img

Dünən gecə 23:00 radələrində şəhərin Samid İmanov küçəsində 5 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, Mercedes markalı avtomobil qarşısında hərəkət edən "Tofaş" markalı avtomobili ötmək istəyərkən sonuncunun qəfil dönmə əməliyyatı etməsi nəticəsində toqquşma baş vermişdir. Nəticədə Mersedes markalı avtomobil sürüşərək yol kənarında dayanan 3 avtomobilə- VAZ21011, VAZ 2106 və VAZ 2107 markalı avtomobillərə çırpılmışdır. "Tofaş" isə  zərbənin gücündən yol kənarındakı hasara dəymişdir.

Faktla bağlı araşdırma aparılır.