Dünyaya səs salmış qardaşlıq nümunəsi

2021-10-29 Baxış: 354
img
Bu gün regional layihələrdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilmişdir. Bu faktdır ki, qardaş ölkə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Elə bir məsələ olmayıb və olmayacaq ki, Türkiyə Azərbaycana, Azərbaycan da öz növbə Türkiyəyə öz dəstəyini göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə bu iki qardaş Ölkə və xalq bir-bir-birini həm də strateji tərəfdaşlıq səviyyəsində dəstəkləyir və birgə addımlayır. Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Bu iki qardaş Ölkənin Liderlərinin bu gün dünyaya açıq şəkildə nümayiş etdirdikləri münasibətləri həm də Ölkələrimizin suverenliyinin, təhlükəsizliyinin qarantıdır. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan münasibətlərimiz deyərdim hər dəqiqə inkişaf etməkdə, güclənməkdədir. Tarixi Zəfərimizin yazıldığı Vətən Müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər qardaş Ölkə ən yüksək səviyyədə Azərbaycanın yanında olduğunu dünyaya nümayiş etdirdi. Dünyaya mesaj verdi ki, Azərbaycan ətrafında mənfur himayəçilər toplamış, ikiüzlü siyasət yeridən bir qrupa qarşı meydanda tək deyil. Əlbəttə, bəlli idi ki, qüdrətli Azərbaycan həmin qüvvələrə qarşı, silahlandırılaraq önə verilmiş qondarma dəvlətin-Ermənistanın işğal da daxil bütün ərazisini birnəfəsə keçərdi. Lakin bizə başqasının torpaqları lazım deyil. Biz öz ərazilərimizi, dədə-baba yurdlarımızı tələb edirdik. İstəyimiz hüquqi torpaqlarımız idi. Bəli, Azərbaycan qardaşından aldığı mənəvi-siayasi dəstəklə, düşmənin belini qırdı. Onu diz çokdürərək, kapitulyant etdi. Azad edilən ərazilərimizin xəritəsinə baxarkən görürük ki, Azərbaycan Ordusu işğaldan təmizləmə əməliyyatı zamanı bir dəfə də olsun hüquqi baxımdan ona aid olmayan torpaqlara bir addım belə atmayıb. Həmin ərazilərə bir güllə belə atılmayıb. Müharibədən sonrakı dövrlərdə də Türkiyə hər zaman Azərbaycana öz dəstəyini nümayiş etdirib. Bu baxımdan Türkiyə Respublikasının Prezidenti cənab Ərdoğanın Ölkəmizə 26 oktyabr tarixində sonuncu səfəri də bütün ziyarətlər kimi Azərbaycanda əsl bayram əhval-ruhiyyəsi ilə qarşılandı. Cənab Prezident İlham Əliyevlə birlikdə qardaş ölkənin Liderinin çox qısa zaman kəsiyində tikilib istifadəyə verilmiş Füzuli Hava Limanının açılışında iştirak etməsi, ardınca Fizuli rayonu daxil, Zəngilan rayonunda da regional əhəmiyyətıli layihələrin əsasının qoyması tariximizin ən şərəfli səhifələrindəndir. Türkiyə Prezidentinin və yüksək dövlət rəsmilərinin xüsusilə işğaldan azad edilmiş ərazilərimizə səfərləri artıq dünyanın bilmək istədiyi sualların cavablarıdır. Azərbaycan xalqı da qardaş Türkiyənin bu dəstəyini hər zaman yüksək qiymətləndirir. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri iki qardaş Ölkə olaraq birlik və həmrəyilimizi qorumaq, möhkəmləndirməkdir. Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.
              Nəriman Məcidov
              Neftçala rayon sakini, müəllim