Neftçala gəncləri üçün “Veni Vidi Viki” layihəsi uğurla başa çatıb

2021-10-29 Baxış: 378
img
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyi tərəfindən “Veni Vidi Viki” layihəsi çərçivəsində həyata keçirilən Vikipediya təlimləri uğurla başa çatıb.
 Layihə onlayn formatda həftədə bir dəfə olmaqla ümumilikdə 4 həftə ərzində davam edib. Layihə çərçivəsində baş tutan ilk təlimdə gənclərə vikipediya platformasının tarixi, prinsipləri və digər nəzəri məsələlər, ikinci təlimdə məqalələrin hazırlanması və keçidlərin tətbiqi qaydaları haqqında məlumatlar, növbəti təlimdə isə vikipediyada istinadlar, şablonlar, eyni zamanda düzgün qeydiyyat prosesi ətraflı şəkildə izah olunub. Sonuncu təlimdə layihə müddətində öyədilən məlumatların mənimsənilməsi səviyyəsi ölçülüb, praktiki tapşırıqlar icra olunub.
 Qeyd edək ki, təlimlər “Qorqud” Vikipediya Klubunun təlimçisi Nuray Tanrıverdiyeva tərəfindən həyata keçirilib. Təlimlərdə ümumilikdə 10-dan artıq aktiv gənc iştirak edib.