Qaradağda baş verən qəzada 2 nəfər Neftçala sakini ölüb.

2021-11-02 Baxış: 1257
img

Bakı şəhərinin Qaradağ rayonunda “Ford” markalı yük avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.

MAYAKİNFO-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan FHN-in Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalanları deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə nəticəsində Neftçala rayon Şorkənd kənd sakinləri 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı və 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı dünyasını dəyişib, Ulduzə Məhərrəmova isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşirilib.