Neftçalada baş verən avtomobil qəzasında 2 nəfər ölüb.

2021-11-15 Baxış: 1109
img

Neftçalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, noyabrın 14-də saat 23 radələrində Neftçala rayonunun Aşağı Qaramanlı kəndi ərazisində rayon sakinləri A.Xankişiyevin və N.Həsənovun idarə etdikləri 2 “VAZ-21154” markalı avtomobil toqquşmuşdur. Nəticədə A.Xankişiyevin sərnişinlərindən Namiq Əliyev və Xəyal Ağayev hadisə yerində ölmüş, özü və digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilmişlər.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.