Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşü olub

2021-11-29 Baxış: 42
img

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşü olub.

MAYAKİNFO xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin məmnunluq doğurduğu qeyd edilib. İqtisadi-ticari münasibətlərin genişləndirilməsi, nəqliyyat imkanlarının nəzərdən keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.