Neftçalada ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

2021-12-13 Baxış: 730
img

Neftçala rayonunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb.

Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə keçirilən tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə, həmçinin təşkilat rəhbərləri, din xadimləri, şəhid ailələri, ziyalılar və rayon ictimaiyyəti iştirak ediblər. Ümummilli Liderin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb. Toplantı iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək önünə əklil və tər gül dəstələri düzüblər.