Neftçalanın keçmiş polis rəisi saxlanılıb

2021-12-18 Baxış: 3086
img
Bakıda avtomobilə odlu silahdan atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Xəsarət alan olmayıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Araşdırma aparılır.

Qeyd edək ki, polkovnik Rza Hacıyev Bakının Sabunçu rayonunun və Neftçalanın keçmiş polis rəisi olub. Sabiq rəis hazırda təqaüddədir.

Rza Hacıyev Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır.