Neftçala sakini intihara cəhd edib

2021-12-21 Baxış: 1153
img

Neftçalada intihara cəhd hadisəsi qeydə alınıb.

MAYAKİNFO-nun məlumatına görə, hadisə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Tağıyev Vasif Bəxtiyar oğlu yaşadıqları evin yarımtikilisində özünü asıb. Son anda xəbər tutan yaxınları onu xilas ediblər. Neftçala xəstəxanasına çatdırılan 25 yaşlı gənc asfeksiya diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.