Salyan sakinindən narkotik vasitələr və silah aşkar edilərək götürülmüşdür

2021-12-22 Baxış: 851
img

Salyan rayonunun Kürqaraqaşlı kənd sakini M.Salmanovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür.

MAYAKİNFO xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Kürqaraqaşlı kənd sakini M.Salmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun kənd ərazisində icarə əsasında işlətdiyi fermaya baxış zamanı oradan qanunsuz saxladığı “İJ-16” və oranın sahibi, Salyan şəhər sakini F.Həsənova məxsus “İJ-12” markalı ov tüfəngləri də aşkar edilərək götürülmüşdür.