Neftçalada baş verən qəzada iki nəfər ağır xəsarət alıb

2022-01-20 Baxış: 875
img
Neftçala rayonunun Xolqarabucaq kəndində yol qəzası qeydə alınıb.

“VAZ 2105” markalı avtomobilin təkəri qırıldığından idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Nəticədə Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri - 1996-cı il təvəllüdlü Səfərov İlqar Şahmar oğlu ağır kəllə-beyin travması ilə, 1997-ci il təvəllüdlü Qasımov Elvin Eldəniz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Neftçala Rayon Xəstəxanasına yerləşdiriliblər.

Birincinin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.