“Azərişıq” Neftçalanın 4 kəndində yenidənqurma işlərinə başlayıb. Video

2022-01-26 Baxış: 906
img

“Azərişıq” ASC yeni ildən etibarən regionlarda yeni layihəsi çərçivəsində Neftçala rayonunun Şorkənd, Bala Surra, Qədimkənd və Yeniqışlaq kəndlərinin elektrik şəbəkəsində yenidənqurma işlərinə başlayıb.

MAYAKİNFO xəbər verir ki, görüləcək işlər çərçivəsində ümumilikdə, 714 abonentin yaşadığı bu 4 kənd ərazisində 15 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılacaq, 28 km-dan çox 10 kV-luq xətt, 46 km-dan çox 0,4 kV-luq xətləri və abonentlərin sayğacları yenilənəcək.

Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.