FHN Neftçalada maarifləndirmə tədbiri keçirib

2022-01-28 Baxış: 499
img

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Neftçala rayonunun Mayak kəndində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-in mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, tədbirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak ediblər.

Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair söhbət aparılıb, belə su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.