“Kalaşnikov” markalı avtomat satmaq istəyən Neftçala sakini saxlanılıb

2022-02-08 Baxış: 756
img

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

MAYAKİNFO xəbər verir ki, bölməyə Neftçala rayon sakini, əvvəllər məhkum edilmiş Cahid Bağırovda  silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı 5000 manata satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb. Cahid Bağırov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Araşdırma zamanı onun Yasamal rayonunda evlərdən birindən təmir-tikinti aləti oğurladığı da müəyyən edilib.