Neftçalada Mədəniyyət şöbəsi Ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

2022-02-15 Baxış: 514
img
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı Mədəniyyət şöbəsi ərazi partiya təşkilatının 15 fevral 2022-ci il tarixli hesabat- seçki yığıncağı keçirilmişdir.
MAYAKİNFO xəbər verir ki, Yığıncağı YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev giriş nitqi ilə açmış, yığıncağın işinə uğurlar arzulamışdır.Gündəlikdə duran I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının yeni sədr və sədr müavinlərinin seçilməsi olmuşdur.
Ərazi partiya təşkilatı sədri Elmira Kazımovanın hesabatı dinlənilmişdir.Hesabat məruzəsi ətrafında YAP Neftçala rayon təşkilatının aparıcı məsləhətçisi Aytəkin Gözəlova, partiya üzvü olan mədəniyyət işçiləri çıxışlar etmiş və ümumilikdə hesabat qənaətbəxş hesab edilmişdir.
II məsələ ilə əlaqədar çıxışlar olmuş və Elmira Kazımovanın sədr, Əzizə Abdullayevanın sədr müavini seçilməsi qərara alınmışdır.
Sonra Fəal YAP üzvlərinə hədiyyələr və partiyaya yeni qəbul olunanlara partiya vəsiqələri təqdim olunmuşdur.