YAP Neftçala rayon təşkilatının sədri şəhid atasına baş çəkib.

2022-02-17 Baxış: 389
img
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və aparat işçiləri 75 illik yubileyi münasibətilə partiyanın Veteran üzvü, rayon ağsaqqalı, şəhid atası Baloğlan Ağamalıyevə baş çəkib.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev yubileyi münasibətilə Baloğlan Ağamalıyevi təbrik edib, ona can sağlığı və rayon ictimaiyyətinin əhatəsində olmağı arzulayıb.
Göstərilən diqqətə və ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən şəhid atası ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduğunu bildirib və şəhid ailələrinə göstərilən qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.