Neftçalada qadın sahibkarlarla görüş keçirilib.

2022-03-05 Baxış: 387
img
04.03.2022-ci il tarixində Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunan *Uğurlu qadın, Uğurlu gələcək* mövzusunda qadın sahibkarlar və bu istiqamətdə fəaliyyət göstərmək istəyən xanımlarla görüş keçirilmişdir.
Görüş zamanı xanımların əl işlərindən və məhsullarından ibarət sərgi iştirakçılara təqdim olunmuşdur.
Xanımların hazırda fəaliyyət istiqamətləri və bu istiqamətlərin genişləndirilməsi, biznesin inkişafı ilə bağlı fikirləri dinlənilmiş, müvafiq məsələlər üzrə qeydiyyatlar aparılmışdır.
Görüş zamanı,bugün xanımlar üçün mövcud imkanlardan, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün atılacaq addımlardan mərkəz əməkdaşları bəhs edərək, xanımlar arasında maarifləndirmə apardılar.  Həmçinin *kobmarket* platformasından bəhs edərək sərgidə təqdim edilən əl işlərinin satışının onlayn formada həyata keçirilməsi qaydaları da xanımlara izah edildi.
Görüş zamanı dinlənilən ideyalardan ən yaxşı biznes ideya (Sevinc Ağayeva süd və süd məhsulları istehsalı və satışı ilə məşğul olur) və sərgiyə təqdim olunan əl işlərindən ən gözəl əl işi (Sura Əliyeva-70 yaş) seçildi.
Görüşün sonunda, xanımlara sertifikatlar və simvolik hədiyyələr təqdim edildi.