Novruz ənənələri incəsənətdə

2022-03-17 Baxış: 532
img

Xalqımızın keçmişini, bugününü özündə yaşadan elə dəyərlərimiz var ki, onlar hər zaman ədəbiyyatımızın, incəsənətimizin mövzu qaynağıdır. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar Novruz bayramı haqqında müxtəlif mahnılar yazmışlar.  Həmçinin,Novruz bayramı haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri çəkilib. Azərbaycan təsviri sənətinin başlıca mövzularından biri də Novruzdur.Həmçinin Novruz haqqında Rəssamlarımız bayram, onun mərasimləri, rəmzləri ilə bağlı müxtəlif əsərlər yaradıblar.
Azərbaycan peşəkar rəssamlıq sənətinin özülünü qoyanlardan biri Xalq rəssamı Əzim Əzimzadədir. Rəssam əsərlərində xalqımızın adət-ənənələrini, yaşam tərzini, gerçəkliyini olduğu kimi əks etdirməklə bizi özümüzə dərindən tanıtdırıb. Onun Novruzla bağlı əsərləri də bu qəbildəndir. Realist rəssamın bu mövzuda məşhur rəsmlərindən biri “Kosa-kosa oyunu” adlanır. Əsərdə yazın rəmzi olan Kosa müqəvva kimi təsvir edilib. Amma onun yanında qışın rəmzi olan Keçəl yoxdur. Oyunun iştirakçıları isə kişilər və uşaqlardır. Şübhəsiz ki, rəssam gördüyünü çəkib. Rəssamın “Sabunçu hacıları xoruz döyüşdürürlər” əsəri Novruzun başqa bir adətinə həsr olunub. Görkəmli rəssam Ələkbər Rzaquliyev də xalqımızın məişətini, adət-ənənələrini ustalıqla əsərlərinə köçürüb. Rəssamın Novruz mövzusunda çəkdiyi əsərlərindən biri “Bayrama hazırlıq” adlanır. Doğrudan da, Novruz uzun hazırlıq tələb edən bayramdır. Onun öz yeməkləri, şirniyyatları var. Əsərdə bayram üçün şirniyyat bişirən qadınlar təsvir olunub. Xalq rəssamı Elmira Şahtaxtinskayanın Novruz mövzusunda çəkdiyi əsər isə “Bayrama hazırlıq” adlanır. Əsərdə təsvir olunan qayınana və gəlin bayram şəkərburası bəzəyirlər. Stolun üstündə bayram xonçaları, onların da ortasında səmənilər təsvir olunub.
“Bahar” tablosu təsviri sənətimizdə Novruzu ən yaxşı tərənnüm edən əsərlərdəndir. Tabloda görünür ki, təbiət qoynunda Novruzla bağlı tədbir keçirilir və milli geyimli beş qız rəqs edir. Yerdə də onların sayı qədər səməni var. Bəlkə də onlar “Səməni” rəqsini oynayırlar. Əsər insanda bahar duyğusu, coşqusu yaradır.Novruz bayramı ümumilikdə xalqı birləşdirən  və ölkəmizin hər yerində böyük çoşqu ilə keçirilən milli bayramımızdır.


Aytəkin Gözəlova,

YAP Neftçala rayon təşkilatının əməkdaşı