Novruz fəlsəfəsi : dörd ünsür, dörd bayram çərşənbəsi

2022-03-17 Baxış: 603
img

Novruz bayramı bir dəyər kimi xalqımızı bütünlüklə təsdiq edən bənzərsiz bayramdır. Onun minillərin o tayından gələn özünəməxsus fəlsəfəsi ritual və mərasimləri, yemək mədəniyyəti böyük dəyərlər toplusudur.Bu bayram təkcə təbiətin dirilişi deyil ,həm də insan düşüncəsinin yenilənməsidir.

Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Novruz bayramı ölkəmizdə böyük təmtəraqla qey edilir.Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanları da öz xüsusi görüşlərini demişlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, Novruz bayramı ilə xalq arasında yaranmış adət ənənələrdən və Novruz bayramının yaranma səbəblərindən bəhs etmişdir. O öz əsərlərində Novruz bayramının təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd etmişdir.Qeyd etdiyimiz kimi Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla hər çərşənbə günü başqa – başqa adla qeyd olunur İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir  şam yandırırlar. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.Novruz bayramının özünəməxsus adətləri vardır. Səməni cücərtmək, papaq atmaq, qulaq falına çıxmaq,yumurta döyüşdürmək,tonqaldan tullanmaq,qonaq getmək,yaşlıları ziyarət edərək bayramlarını təbrik etmək,küsülülərin barışması,el şənlikləri təşkil edərək yallı getmək bayramın əsas adətlərindəndir.Keçəl ilə Kosa isə Novruz bayramının əsas rəmzləri hesab edilirlər.

Safura Səmədova,

YAP Neftçala rayon təşkilatının əməkdaşı