Azərbaycanda idman uğurla inkişaf edir.

2022-03-18 Baxış: 527
img

Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Dövlətimiz vətəndaşların ­idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Təbii ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Bu formalaşdırılırmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin ­iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır. Azərbaycanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idmanda layiqli yerini tutub. Bu yaxınlarda Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin 7-ci Avropa çempionatında millimiz Avropa çempionatında hər üç güləş növü üzrə uğurlu çıxış etdib. Yunan-Roma güləşi üzrə 2 qızıl, 1 gümüş və 2 bürünc, qadın güləşi üzrə 1 qızıl, 1 gümüş və 2 bürünc, sərbəst güləşdə isə 4 qızıl və 3 bürünc medal qazanılmışdır. Sərbəst güləşçilərimiz komanda hesabında Avropa çempionu oldublar. Yunan-Roma güləşçilərimiz isə üçüncü yeri tutublar. Ümumilikdə 16 medal qazanılıb. Azərbaycan 7 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq ümumi sıralamada birinci yeri tutdub. Bu da Azərbaycan güləşi tarixində rekord nəticədir. Bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bütünlükdə, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək.

Cavad Mirzəyev,
YAP Neftçala rayon təşkilatının əməkdaşı