YAP Neftçala rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib

2022-03-28 Baxış: 532
img

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib

Tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev,  Neftçala Rayon İcra Hakimiyyətinin Başçısının müavini Şaiq Məmmədov, YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədrləri, YAP veteranları və fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev  Azərbaycan dövlətçiliyinin inkişafında partiyamızın xidmətlərindən danışıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub: “Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımıza  xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, ictimai həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Ulu Öndərin yeni bir paradiqma kimi cəmiyyətə təqdim etdiyi azərbaycançılıq məfkurəsi xalqımızı ən çətin anlarda  birləşdirən və həmrəy edən məhək daşına çevrildi. 44 günlük Vətən müharibəsi dövründə biz bu ideyanın nə qədər dəyərli və həyat qabilliyətli olduğunu bir daha gördük. Cənab İlham Əliyevin rəhbərliyi altında YAP-ın ideoloji tezislərindən faydalanan bugünkü Azərbaycan sürətlə dəyişən post-modern və digital dünyada milli-mənəvi dəyərləri qoruyaraq inkişafa nail olmağın mümkünlüyünü sübut edən tərəqqi modelinə çevrilib”.

Sonra YAP Neftçala rayon təşkilatının yaranmasının 29-cu ildönümünə həsr olunmuş “Dünənin, bugünün və sabahın partiyası” adlı qısametrajlı film nümayiş olunub.

Daha sonra mövzu ilə bağlı Neftçala Rayon İcra Hakimiyyəti Başçısının müavini Şaiq Məmmədov, rayon təşkilatının yaranmasında misilsiz xidmətləri olan veteran partiya üzvləri və ərazi partiya təşkilatlarının sədrləri  çıxış ediblər.