2003-2018-ci illərdə ölkəmiz böyük idman uğurları əldə etmişdir.

2022-04-04 Baxış: 446
img

İdmançılar 15 il ərzində Olimpiya Oyunlarında ,dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar.Azərbaycan həmin illərdə 7 olimpiya Oyunlarında iştirak etmişdir(2004-Afina.2006-Turin,2008-Pekin,2010-Vankuver,2012-London,2014-Soçi,2016-Rio de Janeyro).Avropa oyunlarında Azərbaycan ikinci yerə İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail oldu.Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu.Bu gün fəxrlə demək olar ki, Azərbaycan dünyanın inkişaf etmiş idman mərkəzlərindən birinə çevrilmişdir. Bunu son illər bir çox mötəbər idman yarışlarına ev sahibliyi etməyimiz, həm Avropa, dünya çempionatlarında və Olimpiya oyunlarında yüksək nəticələr qazanmağımız bir daha təsdiq edir.Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyət idi. Yəni bu bir daha onu göstərdi ki, Azərbaycan güclü idman dövlətidir.Daim xalqımızın fiziki-mənəvi sağlamlığına çalışan cənab Prezident  İlham Əliyev idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, respublikanın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə resurslarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanmışdır. Dövlət başçısı bütün regionlarda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə əlbəttə, gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Təsadüfi deyildir ki, regionlarda yeniyetmə və kiçikyaşlı uşaqların idmana marağı ildən-ilə artır. Hazırda paytaxtda və bölgələrdə fəaliyyət göstərən 50-yə yaxın Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər idmanın müxtəlif növləri üzrə məşğul olurlar. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur. Son illər Bakı Olimpiya Stadionunun, Milli Gimnastika Arenasının, Su İdman Sarayının, Veloparkın istifadəyə verilməsi, Heydər Əliyev adına İdman Konsert Kompleksinin, Bakı İdman Sarayının, T.Bəhramov adına Respublika Stadionunun və başqalarının yenidən qurulması paytaxt Bakının bir çox mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsinə imkan vermişdir. Bakıda keçirilən mötəbər idman tədbirlərini izləyən beynəlxalq qurumların rəhbərləri və idman mütəxəssisləri Bakıda təşkil olunan ilk Avropa Oyunlarını, 42-ci Dünya Şahmat Olimpiadasını, qadınlar arasında voleybol üzrə Avropa çempionatını, Formula-1 Qran-pri yarışlarını, IV İslam Həmrəyliyi Oyunlarını izlədikdən sonra bir daha Azərbaycanın həm idman ölkəsi olduğunu, həm də bu yarışlara yüksək səviyyədə hazırlaşıb keçirməklə ev sahibliyi etməyə layiq olduğunu təsdiq etmişlər. Təkcə bir faktı qeyd edək ki, Bakı-2015 ilk Avropa Oyunları ilə idmanda Azərbaycan modeli yaradıldı və növbəti yarışlarda bu təcrübədən istifadə tövsiyə olundu. Digər tərəfdən sözügedən yarışların dünya standartları səviyyəsində təşkil olunub keçirilməsi istər ilk Avropa Oyunları, istərsə də IV İslam Həmrəyliyi Oyunları üzrə yaradılan Təşkilat Komitəsinə rəhbərlik edən Azərbaycanın birinci xanımı Mehriban  Əliyevanın gərgin fəaliyyətinin nəticəsidir. Xatırladaq ki, möhtəşəmliyi ilə yadda qalan ilk Avropa Oyunlarına (12-28 iyun 2015-ci il) ev sahibliyi edən Azərbaycan qitənin idman tarixinə yeni bir səhifə yazmağı bacardı. 2017-ci il 13-22 may tarixində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ölkəmiz tarixində ilk dəfə multiidman tədbirinin ən güclüsü adına yiyələnmişdir.Azərbaycan idmançılarının daha bir uğuru Yay Olimpiya Oyunları ilə bağlıdır.Yay Olimpiya Oyunlarında  Millimiz medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, keçmiş sovet respublikaları arasında Rusiyadan sonra 2-ci, müsəlman aləmində isə birinci yerdə qərarlaşmışdır.Son 15 ildə idmandakı bütün nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu idman siyasəti və şəxsən bu sahəyə göstərdiyi diqqət və qayğının sayəsində əldə olunmuşdur. Beləliklə, dövlətimizin başçısının 15 illik fəaliyyəti dövrünə nəzər saldıqda görürük ki, Prezident İlham Əliyev XXI əsrin yeni lideri olaraq müstəqil respublikamızı bütün sahələr üzrə inamla irəli aparır. Bu müddət ölkəmizin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentin rəhbərliyi altında aparılan düşünülmüş islahatlar, qəbul olunmuş müdrik qərarlar həyatımıza yeni nəfəs gətirmiş, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmışdır. Bu sırada idman xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət Azərbaycanı dünyada idman qədər tanıda bilməz. Məhz bu ideyanı əldə rəhbər tutan Prezident İlham Əliyev 15 il ərzində həm də Azərbaycanı dünyada idman dövləti kimi tanıtmışdır.

Aytəkin Gözəlova,

YAP Neftçala rayon təşkilatının əməkdaşı