Postmüharibə dövründə Azərbaycan siyasi və iqtisadi üstünlüyündən istifadə edərək Ermənistanla müəyyən şərtlər altında əməkdaşlığın bərpa olunmasında maralıdır

2022-04-15 Baxış: 322
img

Çox təəssüf hissi ilə vurğulamalıyıq ki, Ermənistanın kapitulyasiya aktına imza atdığı gündən 2 ilə yaxın bir dövr keçməsinə baxmayaraq hələ də düşmən tərəfdə olan və ölkənin tamamilə məhvini arzulayan qüvvələrin təxribatı ilə sərhədlərimizdə silah səsləri eşidilməkdədir. Bu isə o deməkdir ki,  narahatlıq hər zaman var və bu mənada bölgədə əbədi sülhün bərpasına ciddi ehtiyac vardır. Amma bütün bu törədilən qarşıdurmalara rəğmən Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sürətli şəkildə abadlıq quruculuq işlərinə start vermiş və bu işlər hazırda da uğurla davam etdirilməkdədir. Azərbaycan bütün bu infrastruktur, abadlıq, quruculuq işlərini tam öz gücünə, öz milli vəsaiti hesabına icra edir. Qeyd etdiklərimiz  Azərbaycanın bölgədə siyasi çəkisinin artması ilə yanaşı iqtisadi gücünün və nüfuzunun da yüksəlməsinə xidmət edən başlıca amillərdəndir. Bölgədə təhlükəsizliyin təmini, qaşılıqlı iqtisadi-ticari əlaqələrin bərpası, eyni zamanda beynəlxalq əhəmiyyətli layihələrin icrasının sürtələndirilməsi üçün  hər iki dövlət arasında sülh müqaviləsinin imzalanması mütləq və əsas faktor olaraq qalmaqdadır. Bu gün Azərbaycan Ermənistanla davamlı sülhün təmin olunması üçün bütün lazımi addımları atıb və atmaqdadır. Dünya dövlətlərinin gözü önündə Ermənistan sözdə özünü sülhün tərəfdarı kimi aparsa da, əməli işə keçdikdə davamlı sülhə gedməkdən hər hansı bir bəhanə ilə boyun qaçırır. Məsələnin mahiyyətini bir az da düşünüb baş vurduqda görürük ki, əslinə qalanda erməni toplumu regionda yeni bir müharibənin yaşanmasında maraqlı deyil, onlar da Qarabağ regionunda əbədi sülhün bərpasının tərəfindədirlər. Lakin Ermənistanda hakimyyətdə olan siyasi rəhbərliyə istər daxildə olan, istərsə də xaricdən olan qüvvələrin təsiri bütün bu danışıqların son anda effektiv olmamasına səbəb olur. Amma erməni cəmiyyəti sonunda anlamalıdır ki, regionda bərqərar olmayan əbədi sülhsüz şəraitdə keçən hər ötən gün onların ziyanına işləyir. Çox acınacaqlı haldır ki, bu gün Ermənistanda konkret olaraq siyasi rəhbərliyə tabe olmayan qüvvələr formlaşıb. İstər bu mərkəzdən qaçan qüvvələrin təsiri, istərsə də Ermənistandakı köhnə düşüncə ilə yaşayıb, daim revaşist ab-havada olan qüvvələrin təsiri altında Nikol Paşinyan son anda sülhlə bağlı addımlar atmaqdan çəkinir, sanki o qüvvəldən qorxaraq geriyə addım atır. Amma ölkə başçısı cənab İlham Əliyevin sözləri ilə ifadə eləsək Ermənistanın manevrlərinin məntiqi mənası, nəticəsi olmayacaq, Azərbaycan qısa müddətdə Ermənistanı sülhə imza atmağa məcbur edə biləcək. Hələ də düşmən obrazında qalan Ermənistan mümkün düşən istənilən macalda çalışır ki, bu sülh yaratma prosesinə artıq lazımsız qurum olan “ATƏT-in Minsk qupu” nu  cəlb etsin. Belə olan halda çox asanlıqla anlamaq olur ki, Ermənistan sıfır fəaliyyəti olmuş bu qurumu məsələyə cəlb etməklə yenidən sülhyaratma prosesinin uzadılmasına nail olmaq istəyir. Bu gün Ermənistanın siyasi rəhbərliyi konkret olaraq düşünməlidir və sülhün əldə olunmasında əsas maraqlı tərəf onlar olmalıdır. Regionda nə qədər ki, sülh təmin olunmayıb, Ermənistan yenə də iqtisadi layihələrdən kənarda qalmış olacaq və sonda bütün bunlar onların bir dövlət olaraq iqtisadi cəhətdən tamamilə məhvinə, ölkə vətəndaşlarının onsuzda pis olan sosial rfah halının daha da pisləşməsinə gətirib çıxaracaqdır.

 

Şəkəralı İsmayılov;

Neftçala rayon sakini, Vətən Müharibəsi iştirakçısı