Neftçalanın təbiətsevər gəncləri "trashtag" aksiyası həyata keçiriblər

2022-04-17 Baxış: 615
img
GİKM-in Neftçala nümayəndəliyinin və Peşə Təmayüllü Siniflərin təşkilatçılığı və gənclərinin birgə iştirakı ilə təmizlik aksiyası keçirilib.

Aksiya çərçivəsində gənclər tərəfindən Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsinin bir qismi atılmış plastik və polietilen tullantlardan təmizlənib. 
Aksiyanın keçirilməsində məqsəd çayın sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, su hövzəsi olan ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.