Salyan gəncləri Kür çayı sahilində “Trashtag” aksiyası keçirib

2022-04-18 Baxış: 419
img

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyi və ABŞ səfirliyi ilə icra olunan "Learn to care" ingilis dilinin təkmilləşməsinə fokuslanan ekoloji maarifləndirmə layihəsinin birgə təşkilatçılığı ilə “Təmiz Salyan” fəaliyyəti çərçivəsində Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsinin bir qismində “trashtag” aksiyası keçirilib.

Aksiya çərçivəsində gənclər torpaqda gec çürüyən materialları, polietlen paketləri, plastik butulkaları yığıb, zibil qutularına yerləşdiriblər.

Təmizlik aksiyası çirklənməni azaltmaq, tullantıların yığılıb qalması hallarını aradan qaldırmaq, zərərli kimyəvi maddə, materialları minimuma endirməyə dəstək olmaq və gənclər arasında ekoloji maarifləndirmənin artırılması məqsədilə keçirilib.

Sonda gənclər ekoloji maarifləndirmə məqsədilə “Bu mənim zibilim deyil, amma mənim planetimdir” və “Həll yolu daha az tullantıdır” şüarları ilə çıxış ediblər.

Salyan gəncləri hər bir rayon sakinini rayonun təmiz olmasına töhfə verməyə və daha təmiz planetdə yaşamaq üçün çalışmağa səsləyir