Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur

2022-04-28 Baxış: 282
img

22  aprel 2022 – ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayı – Zəfər Qurultayı başlayıb.

Qurultay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ilə başlayıb.

Qonaqları səmimiyyətlə salamlayan prezident ilk növbədə Vətən uğrunda canından keçən, qəhrəmancasına həlak olmuş şəhidlərimizi xatırlamış onların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Bu qurultayı “Zəfər Qurultayı” adlandıran prezident İ.Əliyev bildirmişdir ki, bu gün ilk dəfədir ki, Dünya azərbaycanlıları müzəffər xalq kimi bir araya gəlir. Biz əbaədi olaraq qalib xalq və qalib dövlət kimi yaşayacağıq. Bu bütün azərbaycanlılar üçün böyük xoşbəxtlikdir.

Müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda tərbiyələnən gənclərimiz bu tarixi qələbəni Azərbaycan xalqına yaşatmışdır.

2001 – ci ildə Dünya Azərbaycanlılarının I qurultayı keçirilərkən Ulu Öndər Heydər Əliyev çıxış edərək Qarabağ poblemi ilə bağlı öz fikirlərini bildirmiş və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan xalqı öz dədə - baba torpaqlarına qayıdacaq.

Bü gün Ulu Öndərin bütün arzuları gerçəkləşib. Bu arzulari gerçəkləşdirən Azərbaycan  xalqının  əzmi,    Azərbaycan əsgərinin gücü və Vətən sevgisidir. Azərbaycan  xalqı 30 il öz ata – baba yurduna həsrətlə yaşadı.Vətən sevgisi, vətənə həsrət gənclərimizdə Vətənpərvərlik ruhunu daha da gücləndirdi. Onların hər an işğal altında olan torpaqların azad olması üçün canlarından keçməyə hazır idilər.

44 günlük müharibədə canlarından keçən, sağlamləqlarını itirən gənclərin heç biri Qarabağda olmamış, buranın gözəlliyini görməmişdilər. Bütün bunlara baxmayaraq Vətə sevgisi onları ölümə apardı.

Azərbaycan xalqının bir yumruq kimi birləşməsi,əsgərlərimizin göstərdiyi fədakarlıq  tarixi zəfərimiz sübut etdi ki, Azərbaycan xalqı bir qarış torpağını belə düşmən tapdağında qoymayacaqdı.

Ordumuzun qələbəsi,torpaqlarımızın azdlığı bu gün bizi Şuşada görüşdürür. Xalqımız üçün bundan böyük xoşbəxtlik ola bilməz.

30 il ərzində torpaqlarımızın sülh yolu ilə qayıdacağına ümid edən xalq sanki bunun müharibəsiz mümkün olmayacağını da duyur, hiss edirdi. Bu müddət ərzində artıq güclüordumuz formalaşmış, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyələnmişdi.

1992 – ci ildən fəaliyyət göstərən Minsk qrupu isə faktiki olaraq ermənilərin mənafeyinə xidmət edir, bu işğalı əbədiləşdirmək istəyirdi. 28 il fəaliyyət göstərən Minsk qrupunun fəaliyyətinə,demək olar ki, 2019 – cu ildə son qoyulmuşdur. Çünki Ermənistanın yeni rəhbərliyi öz çıxısında  “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesinə son qoymuşdur. Bu çıxışdan sonra, təbii ki, Minsk qrupunun hər hansı fəaliyyətindən söhbət belə gedə bilməzdi. Ermənistan rəhbərliyinin bu fikri isə qəbulolunmaz idi. Prezidentimiz bunun qəbulolunmaz fakt olduğunu bildirmiş, “Qarabağ Azərbaycandır və nida” – deyərək Ermənistan rəhbərliyinin çıxışına öz etirazını bildirmişdir.

Bütün bu olanlar artıq tarixi şəraitin yetişdiyindən , müharibənin qaçılmaz bir gerçəklik olacağından xəbər verirdi. Nəhayət ki, 2020 – ci ildə gerçəkləşən  44 günlük müharibə xalqımızın əzmini, iradəsini, ordumuzun  yenilməzliyini, Prezidentimizin isə bir sərkərdə, həm də əvəzolunmaz siyasi xadim olaraq gücünü bütün dünyaya nümayiş etdirdi.

Prezident İ.Əliyev öz çıxısında vurğulamışdır Ki, mən dəfələrlə I Qurultaydan sonra keçirilmiş Dünya Azərbaycanlılarının qurultayında bildirmişdim ki, biz heç vaxt bu işğalla barışmayacağıq.Nəyin bahasına olursa – olsun torpaqlarımızı  geri qaytaracayıq. Beynəlxalq hüququn norma və prinsiplərinə və Dünyanın aparıcı beynəlxalq təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən  qərar və qətnamələr qəbul etməsi bu münaqişənin  sülh yolu ilə həll olunmasına zəmin yaradırdı. Əfsus ki, Ermənistan rəhbərliyi bu işğala son qoymur və güman edirdi ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu acı həqiqətlə barışacaq. Amma bu mümkün deyildi.Biz bir dövlət və biz bir xalq olaraq bununla heç vaxt razılaşa bilməzdik.

Vətən müharibəsində göstərdiyimiz iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha təsdiq etdi.

44 günlük müharibə ərzində 300 – dən çox şəhər və kəndi döyüş meydanından azad etmiş Azərbaycan əsgərinin qəhrəmanlığı haqqında nə qədər danışılsa, əsərlər yazılsa, mahnılar bəstələnsə yenə də bu şücaətoi olduğu kimi əks etdirmək, ifadə etmək çətin olar.

Biz – Azərbaycan xalqı olaraq inanırıq ki, xalqımız bir daha məğlubiyyət acısı hiss etməyəcək, körpələrimiz sülh şəraitində böyüyəcək,xalqımız əmin – amanlıq içində yaşayacaq. Çünki bizim müzəffər Ali Baş Kamandanımız, yenilməz ordumuz və Vətən uğrunda hər an canından keçməyə hazir olan əsgərlərimiz var.

 

Pürüzə Mehtiyeva,

YAP Neftçala rayon təşkilatı Təhsil Ərazi Partiya təşkilatının fəal üzvü