Neftçalada inək sahibini öldürdü

2022-04-30 Baxış: 526
img

Neftçala rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

MAYAKİNFO-nun məlumatına görə, rayonun Yuxarı Qaramanlı kəndində 1959-cu il təvəllüdlü Rasim Paşayevin yaşadığı evin həyətində baş nahiyəsindən aldığı xəsarətdən vəfat edib.

Belə ki, 63 yaşlı kişinin gəlini qayınatasının qan içində yerdə qaldığını görüb və onun artıq vəfat etdiyi məlum olub. İlkin araşdırma zamanı R.Paşayevin dünən saat 19 radələrində həyətdə inəyi sağmaq istəməsi və bu zaman iribuynuzlu heyvanın onu vurması nəticəsində ölməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.