Neftçalada ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib

2022-05-06 Baxış: 382
img

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının inzibati binasında “Milli həmrəyliyi təmin etmiş xalqın Ümummilli Lideri” adlı tədbir keçirilmişdir.

YAP Neftçala rayon təşkilatı və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən ideoloji maarifləndirmə tədbirində rayonda ərazisində fəaliyyət gösətərn idarə və təşkilatların rəhbərləri, Ərazi partiya təşkilatlarının sədrləri və fəal partiya üzvləri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev ilk öncə iştirakçılardan Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini xahiş  etmiş, daha sonra Ulu Öndərə həsr edilmiş film nümayiş etdirilmişdir. Ülvi Fərzəliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığından, onun xalqımız və dövlətimiz üçün etdiyi misilsiz xidmətlərdən bəhs etmişdir.

Tədbirdə iştirak edən Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev də öz çıxışında dahi rəhbərin Azərbaycan tarixindəki əvəzsiz rolu və xidmətlərindən danışmış, ölkəmizin bütün sahələrinin inkişafında Ulu Öndərin imzasının olduğunu bildirmişdir.

Daha sonra tədbirdə iştirak edənlərin hər biri fenomen şəxsiyyət olan Heydər Əliyev haqqında öz xoş təəssüratlarını bölüşmüş,  Ümummilli Lider Heydər Əliyevin keçdiyi ömür yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu qeyd etmişdilər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv olmuş şəxslərə vəsiqələr təqdim edilmişdir.