Görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq

2022-05-07 Baxış: 288
img
Doğma nəfəsə 30 ilə yaxın bir zamanda həsrət qalan, düşmən tapdağı altında inləyən Qarabağımız bu gün aparılan yenidənqurma işləri nəticəsində yeni görkəm alır, əzəli şöhrətini bərpa etmiş olur. Aparılan işlərin sonunda erməni vəhşilərinin öz yırtıcı xislətlərinə uyğun törətdikləri vandalizm nümunələri sürətlə Qarabağ və ətraf rayonlarımızın həyatından silinəcəkdir. Bu gün Qarabağ regionunun dilbər güşələrindən biri olan və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan qədim yaşayış məntəqələrimizdən sayılan Zəngilan rayonunda aparılan sürətli yenidənqurma işləri onun əvvəlki iqtisadi nüfuzunu özünə qaytaracaq və zəngilanlıların 30 illik yurd, ev, el-oba həsrətinə son qoyacaqdır. Coğrafi cəhətdən müşahidə etsək görəcəyik ki, Zəngilan həm də Şərqi Zəngəzur iqtisadi rayonunun qapısıdır. Zənigilanın yerləşdiyi coğrafi mövqe ilə yanaşı onun malik olduğu təbii resurslar rayonun iqtisadi əhəmiyyətinin artmasına və xarici investorların iqtisadi marağına səbəb olmuşdur. Artıq qeyd etməliyik ki, Zəngilanda müxtəlif iqtisadi platformaların layihələndirmə proseslərinə start verilmiş və bu proseslərdə dünyanın -Türkiyə, Cənubi Koreya, İsrail, İtaliya, Çin və Rusiya kimi nəhəng ölkələrinin investor şirkətləri yaxından iştirak edirlər. Zəngilan rayonunun iki ölkə ilə qonşu dəhlizlərə malik olması xarici ticarət üçün çox əlverişli, unikal imkanlar yaratmış olur. Həm də Zəngilan beynəlxalq hava limanının sürətlə inşası bu regionda aparılan yenidənqurma işlərinin sürətlənməsinə, turistlərin rahat gediş-gəlişinə müstəsna təsir göstərmiş olacaqdır. Zəngilan hava limanının təməlqoyma mərasiminin bir neçə ay öncə atılmasına rəğmən, hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır. İstifadəyə veriləcək hava limanı sayəsində Zəngilan həm də beynəlxalq və tranzit yükdaşımaların mərkəzi olacaq, böyük logistika mərkəzinə çevriləcəkdir. Bu gün Zəngilan rayonunda iqtisadi, infrastruktur, sosial sahədə aparılan yenidənqurma işləri ilə yanaşı, həm də xalqımızın milli-mədəni irsi, dini abidələrimizin bərpası sahəsində uğurlu layihələr icra olunmaqdadır. Belə ki, bu gün Zəngilan rayonunda, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilməkdədir. Düşmən bu məscidi demək olar ki, büs-bütün məhv etmişdi. İşğaldan azad edilən dilbər güşələrimizdə aparılan abadlıq və yenidənqurma işləri ilə yanaşı, ölkə rəhbərliyi tərəfindən eyni zamanda məqsədilə bir çox işlər görülür. Bu istiqamətdə görülən işlər sırasında işğaldan azad olunmuş ərazilərə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV təmsilçilərinin, müxtəlif beynəlxalq hüquq təsisatlarının üzvlərinin səfərlərinin təşkilini təqdirəlayiq hal kimi qeyd etməliyik. Bu gün istər Qarabağ regionunda, istərsə də Cənubi Qafqazın siyasi həyatında yeni düzən formalaşıb. İşğaldan azad edilmiş ərazilərə yeni, nəfəs gəlib. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə ölçüyəgəlməz işlərə start verib və bu işlər uğurla icra olunmaqdadır. Ölkə başçısı Möhtərəm cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara mütəmadi səfərlər etməsi və yenidənqurma işləri ilə yerində tanış olması dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığını sübut edir. Ərazilərin bərpası qısa zamanda həmin rayonlarda yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafın təmin edilməsini şərtləndirəcəkdir. Aparılan işlər yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional səviyyədə inkişafı sürətləndirəcək, erməni vandalizminə məruz qalan torpaqlarımızda ən qısa zamanda məskunlaşmanın hər birimiz şahidi olacağıq.
             Fətalı Hüseynov;
             Neftçala rayon gənci