Neftçalada evə girərək üç nəfərə xəsarət yetirən şəxs saxlanılıb

2022-05-11 Baxış: 339
img

Neftçala Rayon Polis Şöbəsinə mayın 9-da saat 5 radələrində Xıllı qəsəbəsində yaşayan E.Sadıqovun evinə girən şəxsi saxlamağa cəhd göstərərkən xəsarət alması, həmin şəxsin bu zaman köməyə gələn iki qonşuya da boyun və qol nahiyələrinə dəmir parçası ilə xəsarət yetirərək oradan qaçması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini Qalib Müqabilzadə müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı təhqiqat davam edir.