Bakıda ofisin qarşısından avtomobil oğurlayan Neftçala rayon sakini yaxalanıb

2022-05-12 Baxış: 307
img

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə B.Nuriyev küçəsində yerləşən ofislərin birindən 300 manat məbləğində pul, 600 manat dəyərində kameranın yaddaş bloku və açar oğurlanması, həmçinin ofisin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil G.Şıxlinski küçəsində tapılıb, bu əməlləri törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Fədail Qəniyev müəyyənləşdirilərək saxlanılıb.