Neftçalada tikinti materialları mağazası yanıb

2022-05-28 Baxış: 584
img

Hadisə Neftçala şəhərinin 7- ci məhəlləsində yerləşən tikinti materialları mağazasında baş verib.

MAYAKİNFO xəbər verir ki, yanğın nəticəsində 1980-ci il təvəllüdlü Şirəliyev İlham Əlixan oğluna məxsus ümumi sahəsi 120 kvadrat metr olan  mağazanın 60 kvadrat metr tavan hissəsi və içərisində olan 1001 xırdavat malları yanıb. Hadisə yerinə cəlb olunmuş Neftçala yanğından mühafizə dəstəsinin müdaxiləsi nəticəsində mağazanın 60 kvadrat metr hissəsi yanğından xilas olunub .

Faktla bağlı araşdırma aparılır.