Əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən

2022-05-30 Baxış: 327
img

Şərqdə ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi və tarixi zərurət kimi yarandı.​ Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin əsasını qoydu. “İstiqlal bəyannaməsi” insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə, irqi, milli və digər bərabərsizliklərin ləğvinə, sivilizasiyalı dövlətlərin inkişaf etmiş demokratiyasından istifadə edilməsinə əsaslı şərait yaratdı.

​ 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanaraq, habelə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası yaradılsa da, ölkənin bir-birini əvəz edən səriştəsiz rəhbərlərinin şəxsi maraqları baxımından ölkədə xaosun yaranmasına səbəb oldu. AXC-Müsavat cütlüyünün bir illik uğursuz hakimiyyəti dövründə, yarıtmaz kadr siyasəti, daxili çəkişmələr, idarəetmə təcrübəsinin olmaması Ermənistanla müharibədə torpaqlarımızın təcavüzkar tərəfindən qəsb edilməsinə gətirib çıxardı və ölkə parçalanıb məhv olma təhlükəsinə məhkum edildi.

Elə bu vaxt xalq​ Ümummilli lider Heydər Əliyevi köməyə çağırdı. Xalqın təkidli tələbinə səs verərək 1993-cü ilin iyun ayının 9-da Bakıya qayıtması isə onun olduqca prinsipial, qətiyyətli, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Ulu öndər Heydər Əliyev ölkəni siyasi və iqtisadi tənəzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxardı, sabit və tarazlı milli inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirdi. Həyatımızın elə bir sahəsi qalmadı ki, Ulu Ondər o sahəyə diqqət ayırmasın. Siyasi arenayla yanaşı elm, təhsil, mədəniyyət, idman və digər sahələr sürətlə inkişaf etməyə başladı.

Heydər Əliyevin Azərbaycan xalqı üçün qoyub getdiyi aydın, işıqlı yol bugün də möhtərəm canab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordu quruculuğuna böyük diqqət ayıran Cənab Ali Baş Komandanimiz İlham Əliyevin rəhbərliyi altında şanlı müzəfffər ordumuz 30 ilə yaxın erməni işğalında inləyən torpaqlarımızı nəhayət ki, mənfur düşməndən təmizlədi. Bununla da xalqımızın başı üstünü almış bütün qara buludlar darmadağın oldu.

Sona Haxıyeva, 

YAP Neftçala rayon təşkilatının fəal üzvü