Neftçalada 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunub

2022-06-02 Baxış: 386
img
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH- məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, müəllimlər, ictimaiyyət nümayəndələri, şagirdlər və onların valideynləri iştirak ediblər.
İlk öncə Ümummili liderimiz Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Vətən Müharibəsi Qəhramanı Camal İsmayılovun anası Filarə xanım tədbirdə çıxış edərək 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə onları təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse Prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildirib.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ulu Öndər Heydər Əliyevin hər zaman uşaqlara diqqət və qayğısını bildirib. Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”-müdrik kəlamı uşaqlara olan məhəbbətinin təzahürü olduğunu bildirib. Bu ənənə hal- hazırda Prezident İlham Əliyev və birinci vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyevin uşaqlara olan xüsusi diqqət və qayğısının davamı olaraq Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2009-cu il "Uşaq ili" elan olunub.
Tədbir Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib və şagirdlərin çəkdikləri rəsm əsərlərinə baxış keçirilib.
Tədbirin sonunda xatirə şəkili çəkilib.