Neftçalada yabanı halda bitən narkotik tərkibli bitkilər məhv edilib

2022-06-07 Baxış: 2206
img

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.

Keçirilən tədbir zamanı rayonun 2-ci Mayak kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 10 ton 890 kiloqram olan 2750 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırmalar davam etdirilir.