Neftçalada “ Ulu Öndərin qurtuluş missiyası” adlı tədbir keçirilib.

2022-06-13 Baxış: 346
img

Tədbir YAP Neftçala rayon təşkilatının inzibati binasında Neftçala rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə YAP Neftçala Rayon Təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə rəhbərləri və partiya fəalları iştirak etmişdir.

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra YAP Neftçala rayon təşkilatı tərəfindən hazırlanmış sənədli film nümayiş olundu.

Tədbiri YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev giriş sözü ilə açaraq  dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunduğu tarixi hadisənin – Milli Qurtuluş Gününün mahiyyəti, əhəmiyyəti barədə danışdı və  Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə baş verən vətəndaş müharibəsinin qarşısını almasını, dövlətimizin parçalanma təhlükəsini aradan qaldırmasını, respublikada mövcud olan ictimai-siyasi vəziyyətin stabilləşdirməsini xüsusi qeyd etdi.

Daha sonra Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev çıxış edərək həmin dövrdə  baş verən siyasi, sosial-iqtisadi böhranını mövcudluğunu, ölkədə anarxiya və  xaosun baş alıb getdiyini bildirdi. Belə bir zamanda xalqımızın nicat yolunun Ulu Öndəri hakimiyyətə dəvət etməsində gördüyünü vurğuladı. 

Tədbirdə iştirak edən partiya fəalları da çıxış edərək qurtuluşdan başlayan həmin tarixi yolun bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən və Ulu Öndərin vəsiyyəti ilə tarixi Azərbaycan torpaqların düşməndən azad edilməsindən bəhs etdilər.