ATƏT-dən mandat almış Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib

2022-06-22 Baxış: 272
img

        İyunun 16-da  “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev dünya arenasında baş verən siyasi dəyişikliklərdən danışaraq ölkəmizin  təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışdığını, Qarabağ münaqişəsinin həllinin regionun təhlükəsizliyi üçün vacib amillərdən biri olduğunu bildirmişdir. Bu gün Azərbaycan Qafqaz regionun da təhlükəsizliyi təmin etmək üçün ilk növbədə lazım olan sülhün bərqərar olması üçün bütün addımları atır. Dünyada rast gəlinəcək nadir hallardan biri də odur ki, ölkə olaraq Azərbaycan uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkar düşməni məğlub etsə də, qısa müddət ərzində sülh təklif edən tərəf kimi çıxış etmişdir. Bu addımı atmaqda məqsəd Cənubi Qafqazda sabit və dayanıqlı inkişafın olmasını istəməyimiz olmuşdur. Azərbaycan artıq bununla bağlı ilkin addımları atıb, Gürcüstan Respublikası ilə məsləhətləşmələr apararaq Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsini və dialoqun başlanmasını təklif edib. Təəssüflər olsun ki, Ermənistan tərəfi heç bir qaneedici cavab vermədən bu təklifdən imtina edir. Bəzi Avropa təsisatları tərəfindən sülh təşəbbüsləri irəli sürülsə də, qarşı tərəf təqdim olunan bütün təkliflərdən imtina etmişdir. Görünən odur ki, proseslər bu cür davam edərsə, bu vəziyyətin sonu onlar üçün fəlakət olacaq.

        Regionda sülhün bərpası, münaqişənin həlli məqsədilə  1992-ci ildə təsis edilmiş MİNSK qrupu isə demək olar ki, faktiki olaraq 28 il ərzində heç bir nəticə əldə edə bilmədi. Qafqazda sülhün  bərqərar olması prosesində iştirak etmək üçün Minsk qrupunu yenidən dirçəltməyə cəhd etsələr də, bu mümkün olmayacaq. Çünki Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə doğma torpaqlarımızı işğaldan azad etməklə münəqişənin həllinə nail oldu. Minsk qrupu tərəfindən hazırlanmış, Madrid prinsipləri adlandırılan prinsiplər  Prezident İlham Əliyevin apardığı uzunmüddətli uğurlu siyasət nəticəsində öz həllini tapdı. Ötən dövr ərzində isə Minsk qrupunun fəaliyyəti sıfırla nəticələndi. 28 il ərzində heç bir nəticə əldə edə bilmədikləri üçün Prezident İlham Əliyevin forumda dediyi ki artıq Minsk qrupu ilə vidalaşmaq vaxtıdır. Bu günə kimi öz haqq işində bütün münaqişələri həll etdiyi kimi bundan sonrakı dövr ərzində də uzaqgörən prezidentimiz İlham  Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz regionda sülhün bərpasına nail olacaq.

 

YAP Neftçala rayon təşkilatının sədri

Ülvi Fərzəliyev