Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gedib

2022-06-29 Baxış: 31
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfərə gedib.

MAYAKİNFO xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşıladılar.