Neftçalada baş verən avtomobil qəzasında sürücü dünyasını dəyişib.

2022-07-10 Baxış: 997
img

Hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində baş verib .

MAYAKİNFO xəbər verir ki, 2000-ci il təvəllüdlü Dördlər kənd sakini Əsədli Sərxan Rövşən oğlu idarə etdiyi 99 VT 941 dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib.Hadisə nəticəsində avtomobil yoldan çıxaraq aşıb və sürücü ağır kəllə -beyin travması alıb . Yaralı hadisə yerinə gələn  Təcili Tibbi Yardım heyəti tərəfindən  Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.