Neftçala rayonunda ideoloji maarifləndirmə tədbirləri çərçivəsində növbəti tədbir keçirilib.

2022-07-21 Baxış: 349
img

İyul ayının 21-də YAP Neftçala rayon təşkilatı və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin cari ilin 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışı ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir. Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif  Əliyev, Ərazi Partiya təşkilatlarının sədrləri və üzvlər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev cari ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin toxunduğu əsas məsələlər barədə tədbir iştirakçılarına məlumat vermiş, son illər ərzində ölkəmizin xarici siyasət sahəsində qazandığı uğurlardan və Azərbaycanın beynəlxalq arenada gündən günə artan nüfuzundan bəhs etmişdir. Ülvi Fərzəliyev Qoşulmama Hərəkatının üzvləri olan dünyanın 120 ölkəsinin Azərbaycana yenidən böyük etimad göstərərək sədrliyimizin 2023-cü ilə qədər uzadılmasının əhəmiyyətini və bu işdə dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin xüsusi rolunun olduğunu qeyd etmişdir.  Daha sonra rayon təşkilatının sədri Avropa İttifaqı ilə aparılan sıx əməkdaşlıqdan, Avropa tərəfindən Azərbaycana yeni layihələrin təqdim edilməsindən və eyni zamanda Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində atılan addımlar haqqında tədbir iştirakçılarına məlumat vermişdir.

Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif  Əliyev də çıxış edərək dövlət başçısı tərəfindən ölkəmizin inkişafı üçün atılan addımlardan, aparılan uğurlu siyasətdən və hazırda həyata keçirilən islahatlardan danışmış, iqtisadi sahədə altı ay ərzində görülmüş işlərin həmin islahatların nəticəsinin bariz nümunəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Vasif Əliyev həmçinin Azərbaycan-Ermənistan əlaqələrinə münasibət bildirərək Vətən müharibəsindən 1 il 8 ay keçməsinə baxmayaraq qarşı tərəfin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyindən də bəhs etmişdir. Ermənistan tərəfinin yenidən Minsk qrupunu dirçəltmək cəhdlərinin mənasız olduğunu vurğulamışdır. Cənab Prezidentin dediyi kimi 28 il ərzində heç bir nəticə hasil etməyən Minsk qrupunun  fəaliyyətsizliyi və həmsdərlər tərəfindən bu instituta son qoyulduğu qeyd edilmişdir.

Daha sonra Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova “Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır” mövzusunda, Neftçala Rayon İcra Hakimiyyəti Başçısı Aparatının  “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri  İlqar Həsənov “Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur” mövzusunda, Neftçala rayon Maliyyə Şöbəsinin müdiri Cəlal Rəsulov “Büdcə təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib” mövzusunda,  Dövlət Sosial Müdafiə Fondunun rayondakı nümayəndəsi Elşən Hətəmov “Son müddət ərzində əməkhaqları artıb” mövzusunda, Neftçala DAİM-in hüquqşünası “İqtisadi artım göstəriciləri” mövzusunda çıxışlar etdilər. Natiqlərin məruzəsindən sonra çıxışlar ətrafında müzakirələr aparıldı.