Neftçala rayon sakini itkin düşüb.

2022-07-25 Baxış: 525
img

Neftçala rayon sakini Abşeronda itkin düşüb.

MAYAKİNFO xəbər verir ki, Neftçala rayonunun Xəzərkənd kəndinin sakini olan Cavid Bədəlovun Xırdalan şəhərində yaşadığı və orada itkin düşdüyü bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, fakt nəzarətə götürülüb və Cavid Bədəlovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir: "Cavid Bədəlovun ailəsi iyulun 21-də polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət edib, onun tapılması üçün zəruri tədbirlər görülür".

Cavid Bədəlov Vətən müharibəsinin iştirakçısı olub.