Neftçalada Milli Mətbuat Günü münasibətilə şair-publisist Soltan Abbasla görüş keçirilib.

2022-07-25 Baxış: 372
img
İyul ayının 22-də YAP Neftçala rayon təşkilatının təşkilatçılığı ilə Milli Mətbuat Günü münasibətilə Neftçala rayonunun Ballıcallı kəndində yaşayan şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Soltan Abbasla görüş keçirilib. Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və yerli təşkilatın əməkdaşları, Neftçala rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fərid Əhmədov, Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Gündoğar qəzetinin redaktoru Bədirə Niftaliyeva, şairə Zərxanım Ülvi və gənc fəallar iştirak etmişdilər. YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək Soltan Abbası Milli Mətbuat Günü münasibətilə yerli təşkilatın bütün üzvləri adından təbrik etmiş, ona xoş arzularını bildirmişdir. Ülvi Fərzəliyev Soltan Abbasın rayonumuzun ictimai – siyasi həyatında , eyni zamanda 1993-cü ildən üzvü olduğu Yeni Azərbaycan Partiyasının rayon təşkilatının bütün işlərində xüsusi xidmətlərinin olduğunu vurğulayıb. Ülvi Fərzəliyev həmçinin Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin mətbuata olan diqqət və qayğısından danışmış, Azərbaycanda mövcud olan söz azadlığından, hazırda ölkəmizdə fəaliyyət göstərən mətbuat orqanlarının və kütləvi informasiya vasitələrinin sərbəstliyindən və onların nümayəndələri üçün dövlət başçısı tərəfindən yaradılan şəraitdən bəhs etmişdir. YAP Neftçala rayon təşkilatının sədri həmçinin bu gün münasibətilə bütün mətbuat işçilərini təbrik etmiş və işlərində uğurlar arzulamışdır. Görüşdə iştirak edən Könül Məmmədova, Fərid Əhmədov və Bədirə Niftaliyeva da çıxış edərək dəyərli şairimizi təbrik etmiş, onun haqqında xoş xatirələrini bölüşmüş və yazdığı əsərləri barədə xoş təəssuratlarını xatırlamışdılar. Görüşdə həmçinin 44 günlük Vətən müharibəsi zamanı mətbuat oqranlarımızın və jurnalistlərimizin informasiya savaşındakı xidmətləri və ölkə başçımız Cənab İlham Əliyevin xarici mətbuat orqanlarının nümayəndələrinə verdiyi müsahibələrin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Şair Soltan Abbas çıxış edərək fəaliyyətinə yüksək qiymət verildiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və görüşün təşkilinə görə YAP Neftçala rayon təşkilatına öz təşəkkürünü, eyni zamanda görüşdə iştirak edənlərə söylədikləri xoş sözlərə və səmimi fikirlərə görə öz minnətdarlığını bildirmişdir.