İdarəetmədə çox ciddi islahatlar aparılır

2022-07-29 Baxış: 247
img
   İyul ayının 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına yeni təyin olunmuş İcra Hakimiyyəti başçısılarını təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir sıra vacıb məsələrələ toxunmuşdur. Cənab Prezident İlham Əliyev görüşdə həm də bildirdi ki, ölkədə idarəetmədə çox ciddi islahatlar həyata keçirilir, böyük təmizləmə işləri aparılır. Qanunsuz işlərə rəvac verən bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar bunu görürlər. Möhtərəm Prezidentimiz vurğulandı ki, qanunsuz işlərlə məşğul olmaq istəyənlər ciddi cəzalandırılacaqlar. Hər bir yerdə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır.
İlham Əliyev bütün məsələlərə aydınlıq gətirərək bir daha söylədi ki, ölkədə qanunsuz əməllərə qarşı mübarizə daha da güclənib. Hazırda idarəetmədə çox ciddi is­lahatlar aparılır, çox böyük təmizləmə işləri görülür. Neqativ hallara, qanun pozuntusuna yol verən hər kəs cəzalandırılır. Dövlət məmurlarını, yerli icra orqanlarını qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırılıb. Ona görə də yeni icra başçıları dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlidirlər.
Prezident yeni icra hakimiyyəti başçılarının timsalında bütün məmurlara sərt xəbərdarlığını etdi.
Azərbaycanın çox böyük perspektivləri olduğunu vurğulayan dövlət başçısı bir daha vurğuladı ki, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra müzəffər xalq kimi ləyaqətlə yaşayırıq. Buna görə də ölkədə heç bir narahatedici problemin, heç bir ədalətsizliyin olmaması üçün işlər qaydasında getməlidir. Bunun üçün dövlət məmurları öz vəzifə borclarını şərəflə yerinə yetirməlidir. Əgər bu, baş verməsə, həmin məmur mütləq cəzalandırılacaq: "İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın".
Bir sözlə, Prezidentin sosial-iqtisadi və siyasi islahatlarının uğurları göz önündədir. İdarəçilik sisteminin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi gələcəyə daha böyük inamla addımlamağa, yeni­yeni hədəflərin müəyyənləşdirilməsinə əsas verir. Prezident İlham Əliyevin mütərəqqi islahatları isə ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır.

Sona  Haxıyeva, 

YAP Neftçala rayon təşkilatının fəal gənci