Neftçalada baş verən avtomobil qəzasında sürücü dünyasını dəyişib

2022-08-01 Baxış: 1235
img

Hadisə rayonun Yenikənd kəndi ərazisində baş verib.

MAYAKİNFO xəbər verir ki, 1967-ci il təvəllüdlü Neftçala şəhər sakini Bağırov Nazim Qəhrəman oğlu 90 CJ 426 dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Hadisə nəticəsində avtomobil yoldan çıxaraq aşıb və sürücü Nazim Bağırov aldığı xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan digər şəxslər Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.